İcra başçısı 3 nəfərə vəzifə verdi
Kateqoriya məlum deyil
T
Naftalan şəhər İcra Hakimiyyətində yeni kadr təyinatları olub.
Sfera.az bildirir ki, icra başçısı Məmmədiyə Məmmədov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlərlə, Yeganə Rəcəbova İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsində aparıcı məsləhətçi, Elsevər Həsənzadə eyni şöbədə vətəndaş müraciətləri üzrə məsləhətçi vəzifəsinə gətiriliblər.
Digər əmrlə, Amid Əliyev baş mütəxəssis - sürücü təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2026-cı il sentyabrın 28-də imzaladığı sərəncamla Məmmədiyə Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub./Ölkə.az






