Həftəsonu bu bürclərə uğurlu gələcək - QOROSKOP

Oktyabrın ilk həftəsonu bürclər üçün müxtəlif enerji və hadisələrlə yadda qala bilər.
Bəzi bürclər istirahətə və şəxsi həyata daha çox vaxt ayırmaq istəyəcək, digərləri isə yarımçıq qalan işlərini tamamlamalı olacaqlar. Xüsusilə münasibətlər, maliyyə və gələcəklə bağlı qərarlar bəzi bürclər üçün ön plana çıxa bilər.
Sfera.az bürc xəbərini təqdim edir:
Qoç
Həftəsonu Qoçlar üçün aktiv keçə bilər. Yeni planlar qurmaq və yaxınlarla vaxt keçirmək üçün əlverişli günlərdir. Lakin tələsik qərarlar verməkdən çəkinmək tövsiyə olunub.
Buğa
Buğa bürcünü maliyyə məsələləri düşündürə bilər. Xərclərə diqqət yetirmək və lazımsız alış-verişdən uzaq durmaq faydalı olacaq. Şəxsi münasibətlərdə isə xoş söhbətlər gözlənilir.
Əkizlər
Əkizlər üçün ünsiyyət baxımından hərəkətli həftəsonu olacaq. Gözlənilməz görüş və ya telefon danışığı yeni planların yaranmasına səbəb ola bilər.
Xərçəng
Xərçənglər həftəsonu daha çox sakitliyə ehtiyac duyacaqlar. Ailə ilə vaxt keçirmək və gündəlik yorğunluqdan uzaqlaşmaq əhval-ruhiyyəyə müsbət təsir göstərə bilər.
Şir
Şirlər üçün sosial baxımdan aktiv günlərdir. Dostlarla görüş və müxtəlif dəvətlər gündəmdə olacaq. Yeni tanışlıqlar üçün də əlverişli şərait yaranacaq.
Qız
Qız bürcü nümayəndələri həftəsonu yarımçıq qalan işlərini tamamlamağa çalışacaqlar. Planlı hərəkət etmək və hər şeyi eyni anda həll etməyə çalışmamaq daha yaxşı nəticə verəcək.
Tərəzi
Tərəzilər üçün münasibətlər ön plana çıxacaq. Sevdikləri insanla vacib söhbət edə və gələcəklə bağlı bəzi məsələlərə aydınlıq gətirə bilərlər.
Əqrəb
Əqrəblər həftəsonu şəxsi planlarına daha çox diqqət ayıracaqlar. Gözlənilməz xəbər və ya yeni təklif onların fikirlərini dəyişə bilər.
Oxatan
Oxatanlar üçün hərəkətli həftəsonu gözlənilir. Səfər, gəzinti və ya yeni fəaliyyət planı yarana bilər. Yeni insanlarla tanışlıq da mümkündür.
Oğlaq
Oğlaqlar əsas diqqəti iş və maliyyə məsələlərinə yönəldə bilərlər. Qarşıdakı həftə üçün plan qurmaq və prioritetləri müəyyənləşdirmək üçün münasib zamandır.
Dolça
Dolçalar üçün həftəsonu yeniliklərlə yadda qala bilər. Uzun müddətdir düşündükləri bir məsələyə fərqli yanaşma tapa bilərlər. Dostlardan gələn təkliflər də maraq doğura bilər.
Balıqlar
Balıqlar daha həssas və emosional ola bilərlər. Keçmişdə baş vermiş hansısa hadisə yenidən gündəmə gələ bilər. Özlərinə vaxt ayırmaları və emosional qərarlardan uzaq durmaları məsləhətdir.
Bəsti Rəfizadə






