Bred Pitt sevgilisi ilə kameralar qarşısında belə göründü - Foto

Bred Pitt sevgilisi ilə kameralar qarşısında belə göründü - Foto
Kateqoriya məlum deyil
T

Məşhur aktyor Bred Pitt 33 yaşlı sevgilisi İnes de Ramonla birlikdə ABŞ Açıq Tennis Turnirinin kişi tennisçilər arasında keçirilən final qarşılaşmasını izləyib. Cütlüyün səmimi anları kameralara yansıyıb.

Sfera.az xəbər verir ki, 62 yaşlı Bred Pitt və 33 yaşlı İnes de Ramon münasibətləri və aralarındakı yaş fərqi ilə uzun müddət gündəmdə olublar.

Cütlük Nyu-Yorkun Kuins bölgəsində yerləşən USTA Billie Jean King Milli Tennis Mərkəzində keçirilən turnirin kişi finalını tribunadan izləyib.

Matç boyunca bir-birinə yaxın davranan Pitt və Ramonun sevgi dolu görüntüləri diqqət çəkib. Cütlüyün qarşılıqlı öpüşdüyü anlar da kameralara tuş gəlib.

Qeyd edək ki, Bred Pitt və İnes de Ramonun münasibəti 2022-ci ilin noyabrında başlayıb. Cütlük 2024-cü ilin sentyabrında Venesiya Film Festivalında ilk dəfə birlikdə qırmızı xalıya çıxıb.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR