Sentyabrın ən uğurlu günləri: Bu tarixlərdə diqqətli olun

Sentyabrın ən uğurlu günləri: Bu tarixlərdə diqqətli olun
Kateqoriya məlum deyil
T

Sentyabr ayı yeni qərarlar, planlar və dəyişikliklər üçün əlverişli dövr hesab olunur.

Sfera.az xəbər verir ki, astroloji yanaşmaya görə, 2026-cı ilin sentyabrında bəzi tarixlər müxtəlif sahələrdə uğurlu başlanğıclar üçün daha münasib sayılır.

Numeroloq və astroloqlar sentyabrın uğurlu günlərini belə sıralayıb:

3 sentyabr – Yeni işlərə başlamaq, planlar qurmaq və mühüm qərarlar qəbul etmək üçün əlverişli gün hesab olunur.

12 sentyabr – Şəxsi həyatda dəyişiklik etmək və yeni mərhələyə başlamaq istəyənlər üçün uğurlu tarix kimi qiymətləndirilir.

16 sentyabr – Karyera və iş məsələlərində irəliləyiş üçün əlverişli gün hesab olunur. Yeni layihə və təşəbbüslər üçün uyğun vaxtdır.

19 sentyabr – Maliyyə planlaması, alış-veriş və gəlirlə bağlı qərarlar üçün münasib tarix sayılır.

22 sentyabr – Yeni başlanğıclar üçün sentyabrın ən diqqətçəkən günlərindən biri hesab edilir. Mühüm qərarlar və görüşlər üçün uyğun vaxt kimi göstərilir.

25 sentyabr – Sevgi və münasibətlər baxımından əlverişli tarixdir. Münasibətlərdə yeni addımlar atmaq üçün uyğun gün hesab olunur.

28 sentyabr – İş və maliyyə planları ilə bağlı yeni addımlar üçün münasib tarixdir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR