Boşanmış analar arasında yeni tendensiya: Uşaqlar niyə ataya verilir?

Boşanmış analar arasında yeni tendensiya: Uşaqlar niyə ataya verilir?
Kateqoriya məlum deyil
T

Sosial mediada açıqlanan qeyri-rəsmi məlumatlara əsasən, boşanan qadınlar arasında uşaqların atalarına verilməsi faktları artır. Bunun konkret səbəbləri göstərilməsə də, qadınların müxtəlif amillərin təsiri ilə bu addımı atdığı bildirilir.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı sosioloq Mail Yaqub bildirib ki, son dövrlərdə bəzi anaların boşanmadan sonra övladlarını ataya verməsinin arxasında müxtəlif sosial və psixoloji səbəblər dayanır.

Sosioloqun sözlərinə görə, bəzi qadınlar boşanmadan sonra müstəqil və sərbəst həyat sürmək istəyi, məsuliyyətdən uzaqlaşmaq arzusu və digər şəxsi səbəblərə görə övladlarının atanın himayəsində qalmasına razılıq verirlər. O söyləyib ki, bəzi hallarda isə ananın övladına qarşı emosional bağlılığının zəifləməsi də bu qərara təsir edən amillərdən biri ola bilər.

Ekspert qeyd edib ki, bütün halları eyni səbəblə izah etmək düzgün deyil:

"Maddi çətinliklər, alimentin ödənilməməsi və ya kifayət etməməsi, mənzil və iş problemi kimi sosial-iqtisadi amillər də anaları belə seçim qarşısında qoya bilər”.

Sosioloq qeyd edib ki, uşağın sağlam psixoloji inkişafında ana qayğısı və sevgisi mühüm rol oynayır. Anadan uzun müddət ayrı qalmaq bəzi hallarda uşağın emosional vəziyyətinə və tərbiyəsinə mənfi təsir göstərə bilər. Ekspert hesab edir ki, bu kimi halların qarşısının alınması üçün həm hüquqi mexanizmlər təkmilləşdirilməli, həm də ailə dəyərləri və valideyn məsuliyyəti ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR