İyulda neçə adamı gün vurub?
Kateqoriya məlum deyil
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində günvurma ilə əlaqədar 32 müraciət daxil olub.
Sfera.azxəbər verir ki, bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Onlardan 12 nəfər hospitalizasiya edilib, 17 nəfərə yerində tibbi yardım göstərilib, 3 nəfər hospitalizasiyadan imtina edib. Müraciət edənlərin 17-si kişi, 15-i qadın olub.






