Azərbaycanda Milli Qurtuluş Günüdür


Azərbaycanda Milli Qurtuluş Günüdür

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.

 

Sfera.az xatırladır ki, 32 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

 

Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.

 

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

 

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

 

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.


OXŞAR XƏBƏRLƏR

İranın hücumu: İsraildə partlayış yerində 35 nəfər itkin düşdü

İranın hücumundan sonra İsrailin mərkəzi hissəsindəki Bat Yam şəhərində baş verən partlayış yerində 35 nəfər itkin düşüb.     Sfera.az x...

FAKTİKİ HAVA:Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

Avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera...

Prezident: Azərbaycan müstəqil siyasətini cəsarətlə davam etdirir

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıd...

Alyona Əliyevadan PAYLAŞIM - FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib.     Sfera.az paylaşımı təqdim edir: &n...

İlham Əliyev Azərbaycanın həyata keçirdiyi layihələrin ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

“Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və öl...

Küləklə bağlı əhaliyə müraciət olundu

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yer...