Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət
16:54 / 01.05.2025
3928
Nizami və Sabunçu rayonlarının bəzi küçələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Nizami rayonu, E.Süleymanov küçəsində qaz sızmasının aradan qaldırılması, Sabunçu rayonunda orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış cihazın demontaj olunması məqsədi ilə 02.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Təmir-quraşdırma işləri aparılan müddətdə Nizami rayonu üzrə M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrinin, Sabunçu rayonu üzrə isə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyə əlavə edilib.