Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Artıq məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı va Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixlərində Bakıda birinci Qurultay keçirilib.

 

İki gün davam edən qapalı müzakirələrin yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid Cəbhənin Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər.

 

Qurultayda iştirak edən 17 Fransa və Niderland kaloniyalarının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzaladılar. Həmçinin, iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqlədilər.

 

Bəyannamədə Azərbaycanın dekolonizasiya prosesindəki vacib rolu, habelə BTQ müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb, ölkəyə minnətdarlıq ifadə olunub.

 

Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb.

 

Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın - vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.

 

Hazırda müstəmləkə altında yaşayan digər ərazilər üçün üzvlüyə açıq olacaq Cəbhənin yaradılması Fransa müstəmləkələrinin dekolonizasiya prosesində səylərini birləşdirmək və öz müqəddəratlarını təyinetmə məsələlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq məqsədi daşıyır. Bundan başqa, Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən, Fəaliyyət Planının və Gündəliyinin hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilməsi kimi məsələlər daxildir.

 

Qeyd edək ki, Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələr nəticəsində mümkün olub.

 

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə dəstəyini davam etdirir.

.


OXŞAR XƏBƏRLƏR

Türkiyə iqtisadiyyatında böyümə sürəti zəiflədi - SƏBƏB

Türkiyə iqtisadiyyatının böyümə sürətində zəifləmə qeydə alınıb.   Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, 2024-cü ilin ik...

BŞTİ-yə avqust ayı ərzində daxil olan müraciətlərin sayı AÇIQLANDI

Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 961 müraciət daxil olub.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat verilib.   ...

Ötən ay əksər günlərdə temperatur iqlim normasından YÜKSƏK OLDU

Avqust ayında havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub, orta aylıq temperatur müsbət 28.2 dərəcə qeydə alınıb.   Sfera.az xəb...

Azərbaycanda qanunsuz yaşayan 94 əcnəbi SAXLANILDI

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ötən ay ölkədə yaşama hüququ ...

Prezident Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin TƏMƏLİNİ QOYDU - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.   Sfera.az xəbər ve...

İranda həbsdə olan jurnalistlərin sayı ARTDI

İranda KİV nümayəndələrinin həbs edilməsi ilə bağlı hökmlərin sayı iyul ayı ilə müqayisədə avqustda artıb.   Sfera.az “İraninternational”...