Dövlət Gömrük Komitəsi məlumat yaydı


Dövlət Gömrük Komitəsi məlumat yaydı

Bu gün bəzi media orqanlarında “Union Logistics” MMC-yə məxsus yük nəqliyyat vasitələrinin Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda xeyli müddət saxlanılması ilə bağlı məlumatlar yayımlanıb.

 

Dövlət Gömrük Komitəsindən Sfera.az-a bildirilib ki, "Union Logistics" MMC tərəfindən Çin Xalq Respublikasından Qırğız Respublikasına məxsus 4 nəqliyyat vasitəsilə Çin mənşəli müxtəlif təyinatlı qarışıq yüklər iyun ayının sonundan etibarən ölkə ərazinə daxil olub.

 

Qeyd edilir ki, "İpək yolu" gömrük postuna daxil olan nəqliyyat vasitələrində olan yüklərin gömrük rəsmiləşdirilməsinin aparılması üçün 2-9 gün aralığında bəzi sahibkarlar tərəfindən gömrük bəyannamələri təqdim edilib.

 

Eyni zamanda, bu günə qədər həmin nəqliyyat vasitələrində gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur.

 

Bildirilir ki, malların eyniləşdirilməsi üçün gömrük baxışı gömrük bəyannaməsi əsasında həyata keçirilir. Rəsmiləşdirilməsi sona çatdırılmış gömrük bəyannamələri üzrə gömrük nəzarətinin təyin olunduğu barədə elektron bildirişlərin sahibkarlara göndərilməsinə baxmayaraq, sahibkarlar tərəfindən malların təhvil alınmasına dair elektron növbə üçün müraciət olunmayıb. Əlavə olaraq 2024-cü il 12 iyul tarixdə həmin


sahibkarlara gömrük orqanları tərəfindən malların təhvil alınması üçün yazılı formada məktub ünvanlanıb.

 

Ünvanlanmış məktublardan irəli gələn görüşlər zamanı məlum olub ki, “Union Logistics” MMC tərəfindən sahibkarlara malların təhvil alınması üçün yaxınlaşmamaları, 15 iyul 2024-cü il tarixdə kütləvi şəkildə Bakı Baş Gömrük İdarəsinin qarşısında toplanmaları tövsiyə olunub.

 

Bildirilir ki, yük nəqliyyat vasitəsinə “İpək Yolu” gömrük postunda fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən zərər vurulması ilə bağlı Qırğız Respublikasının gömrük xidməti tərəfindən şəkil və videogörüntülər göndərilib. Aparılan araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə zədəli şəkildə daxil olduğu müəyyən edilib.

 

Qeyd olunan zədə ilə bağlı Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin şifahi müraciəti əsasında aidiyyəti üzrə məlumat verilib. Həmçinin bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən “Union Locistics” şirkətinə bəyannamələrin gömrük orqanlarına təqdim edilməsinin sürətləndirilməsi barədə məlumat verilib. Məsələnin tam şəkildə araşdırıldıqdan sonra bu halı yaradan səbəblər haqqında əlavə
məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR

Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Səbəb

Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni requlyativ dəyişikliklər edib. Yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borcu onun xalis, vergid...

Ezgi Molanın keçmiş əri güllələndi - VİDEO

Türkiyəli aktrisa Ezgi Molanın keçmiş əri, iş adamı Mustafa Aksakallının Alaçatıdakı restoranına silahlı hücum olub.   Sfera.az “Qafqazinfo&rdq...

Azərbaycan neftinin qiyməti 71 dollara düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1...

Ərdoğanın sülh mesajı - İstanbulda yeni danışıqlar masası qurula bilər

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekunlarına dair Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub ki, Ankara Rusiya...

Avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO

Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb.  Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin ...

Yol polisi bəzi sürücülərə müraciət etdi: "Sükan arxasında əyləşməyin"

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıx...