MSK-nın növbəti iclası keçirildi: hansı qərarlar verildi?


MSK-nın növbəti iclası keçirildi: hansı qərarlar verildi?

Məzahir Pənahovun sədrliyi ilə iyulun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Sfera.az-a bildirilib ki, əvvəlcə MSK-nın 9 iyul 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

 

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq Ədalət Partiyası və Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Sözügedən hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə Komissiya üzvləri məlumatlandırılıb və siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

 

İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

 

Xarici qurum və media subyektlərinin nümayəndələrinin iştirak etdiyi iclasın sonunda cari məsələlərə də baxılıb.


OXŞAR XƏBƏRLƏR

Zəngin ailələrdə dayəlik edən qız qəribə tələblərdən danışıb: Yazdığı kitab gündəm oldu

Müştəriləri arasında Nyu-Yorkun ən böyük milyarderlərinin də olduğu keçmiş dayə Stefani Kiser bu yaxınlarda kitab yazıb. Kitabın adı “Wanted: Uşağın şəxsi...

Bu ölkədə turistlər yerli sakinlərin həyatını kabusa çevirib

İspaniyanın kurort bölgəsi olan Valensiyada sakinlər il boyu turistlərin çoxluğundan şikayət edir, əziyyət çəkdiklərini bildirirlər. Əvvəllər tətil mövsümü ildə...

Bu pəhriz insanı gəncləşdirir - Alimlərdən yeni ARAŞDIRMA

İki ay ərzində vegetarian pəhrizə riayət etmək bioloji yaşı geri qaytara bilər. Sfera.az xəbər verir ki, hüceyrələrin funksiyasının azalmasını ifadə edən b...

Paytaxtı bəzəyən bu gül zəhərlidir?- VİDEO

Son günlər bəzi insanlar Bakının yaşıllaşmasında geniş istifadə edilən və “söyüd gülü” kimi tanınan “oleandr”ın zəhərli olduğunu bildiri...

Spirtli içkilər ömürdən neçə il alır? - Narkoloqdan AÇIQLAMA

Moskva Səhiyyə İdarəsinin baş ştatdankənar mütəxəssisi, psixiatr-narkoloq Anton Masyakin bildirib ki, alkoqolizm səbəbindən insan ömrünün uzun illərini itirə bi...

Olimpiya qızıl medalçısı parkda yatır - FOTOLAR

Parisdə 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanan italiyalı üzgüçü Tomas Ceccon Olimpiya kəndi parkında dəsmal üzərində yatarkən görüntül...