"E-Polis"ə ən çox müraciət hansı məsələ ilə bağlı olub? - DİN-dən AÇIQLAMA
Məlum olduğu kimi, 2024-cü ildə Daxili İşlər Nazirliyinin “E-Polis” mobil tətbiqi yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Maraqlıdır, vətəndaşlar "E-Polis"ə hansı məsələlərlə bağlı müraciət edib?
Bununla bağlı Sfera.az-a DİN-dən verilən məlumata görə, 2024-cü ilin 6 ayında "E-Polis" tətbiqi üzərindən qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 149.322 nəfər təşkil edib. Bildirilib ki, qeyd edilən dövr ərzində vətəndaşlar tərəfindən "E-Polis" tətbiqinə 8.040.348 müraciət olunub:
“İstifadəçilər tərəfindən ünvanlanmış - şəxsin özü haqqında ətraflı məlumat üzrə - 685.000, yeniliklər və xəbərlərlə bağlı – 521.000, etibarnamə üzrə - 371.000, sürücülük vəsiqəsi üzrə - 304.600, şəxsiyyət vəsiqəsi üzrə - 279.000, pasport məlumatları üzrə - 243.497, məhkumluğa dair arayış üzrə ümumi – 10.342, avtomobilin yüklü olub-olmamasına dair arayış üzrə ümumi – 1445, "Virtual-102” bölməsi üzrə - 1008, müvəqqəti yerləşmə bölməsi üzrə - 616, avtomobilin zədələnməsinə dair arayış üzrə ümumi – 82 sorğu cavablandırılıb”.
Günay