Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs həbs olundu


Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs həbs olundu

Paytaxt ərazisində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən daha bir şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

  

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, cari ildə polis əməkdaşları tərəfindən vətəndaşlar tərəfindən daxil olan müraciətlər üzrə aparılan araşdırmalarla 11-dən artıq fakt üzrə tədbirlər görülüb.

 

Həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərdən daha bir nəfər -  əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Ceyhun oğlu məsuliyyətə cəlb edilib. 

 

O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib. 

 

Q.Hüseynov barəsində toplanmış material aidiyyəti üzrə göndərilib və müvafiq qərarla 30 gün müddətinə inzibati qaydada həbs edilib.

 

Onun analoji əməllərdə iştirakı istisna edilmir, əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Qəzzada ölənlərin sayı 41 min 870 nəfərə çatıb

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 870 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Günün ən xoşbəxt BÜRCÜ

Bu bürcün nümayəndələri bu gün həyatın bütün sahələrində uğurlar qazanacaqlar   Bu bürcün nümayəndələri adətən harmoniya, ədalət və tərəfdaşlığı qiym...

İsrail Livanı vurdu: 23 ölü, 93 yaralı

İsrailin dünən Livana endirdiyi zərbələr nəticəsində azı 23 nəfər ölüb, 93 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirl...

Peşə tanınması üzrə imtahanda 149 nəfər uğur qazanıb - DİM

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üz...

Cəbrayılda məktəb istifadəyə verildi: Şagirdləri gözləyir?

Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəb istifadəyə verilib.   Məktəbdə ilkin mərhələdə 122 şagird təhsil alacaq, ilin sonunda şagird...

Xaricdə təhsil alanlar imtahan verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2024-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər ü...