Maaş və pensiyalar artırılacaq?

Maaş və pensiyalar artırılacaq?

Dövlət sektorunda əmək haqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir, artırılır. Özəl sektorda təbii ki, əməkhaqqı artımları birbaşa özəl sahibkarların verdikləri qərarlardır.

 

Sfera.az bildirir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

 

O qeyd edib ki, artıq son məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın 1-dək təkliflərin hazırlanması həyata keçiriləcək.

 

"Noyabrın 1-də təqdim olunduqdan sonra məhz bu istiqamətdə addımların atılacağı gözlənir. Ona görə də artıq uyğun dövlət qurumu minimum əməkhaqqı ilə bağlı təkliflərin hazırlanacağını və təqdim olunacağını bəyan edib. Bu isə ona xəbər verir ki, təkliflər hazırlanıb təqdim olunduqdan sonra minimum əməkhaqqının artırılması reallaşa bilər.

 

Pensiyalar daha çox indeksləşdirilmə və eləcə də 2022-ci ildən Prezident İlham Əliyevin tapşırığı ilə pensiyaçılara yardım verilməsi ilə artırılır. İndeksasiya 2025-ci ilin yanvarın 1-dən etibarən təqdim olunacaq. Bu zaman 2024-cü ildə orta aylıq əməkhaqqındakı artım faizini uyğun olaraq pensiyaların indeksiləşdirilib artırılacağı gözlənilir. Yaxın vaxtlar üçün təxmini orta indeksiləşdirilmə faizini müəyyənləşdirmək mümkün olacaq. Çünki 2024-cü ilin ilk yarım ilinin sosial yekunları növbət ildə yanvarın 1-i üçün indeksiləşdirilmə faizini ilk gün olaraq proqnozlaşdırmaq imkanı verəcək.

 

Müavinətlərin artırılması ilə bağlı da təkliflərdə Milli Məclisin iclaslarında təqdim olunub. Bu da birbaşa fiskal və maliyyə yükünə bağlıdır", - deyə V.Bayramov bildirib.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...