“Onun yarısı”adlı gənc rəssamların qrup sərgisi KEÇİRİLDİ

"Onun yarısı"adlı gənc rəssamların qrup sərgisi KEÇİRİLDİ
Kateqoriya məlum deyil
T

4-5 iyul tarixlərində “ArtCoLab” Yaradıcı Gənclər Platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin tərəfdaşlığı ilə “Onun yarısı” adlı gənc rəssamların qrup sərgisi keçirilib.


Sfera.az xəbər verir ki, platformanın 5 illik yubileyinə həsr olunmuş sərgi 4 iyul tarixində Muzey Mərkəzində yerləşən Sərgi Qalereyasında açılıb və platformada təmsil olunan 26 gənc rəssam tərəfindən ərsəyə gələn 45 əsər ictimaiyyətə təqdim olunub.

 

Sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, yalnız bir əsər isə kağız üzərində sulu boya ilə işlənmiş müxtəlif mövzulu əsərlər olub.

 

Açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəyli, "Heydər Əliyev” ordenli heykəltəraş Ömər Eldarov, millət vəkilləri Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Arzu Nağıyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Muzey Mərkəzinin direktoru Liana Vəzirova, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, “ArtColab" Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva, "ArtColab" Yaradıcılıq Mərkəzinin baş müəllimi Casiyət Abdullayeva, ictimai xadimlər, gənc rəssamlar və kreativ sənayedə çalışan menecerlər iştirak ediblər.

 

İlk olaraq aparıcı Nigar Yusifova qonaqları salamlayaraq tədbiri açıq elan edib. Sonra isə “ArtCoLab” Yaradıcı Gənclər Platformasının rəhbəri Çinarə Quliyeva açılış nitqi ilə çıxış edib və sərgi ilə bağlı ətraflı məlumat verib. Öz növbəsində Ömər Eldarov, Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Arzu Nağıyev, Ağaəli İbrahimov çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.

 

Çıxışların ardından gənc rəssamların təltifolunma mərasimi baş tutub. Daha sonra sərginin rəmzi açılışı olan qırmızı lent kəsilib və qonaqlar sərgi ilə tanış olublar.

 

Qeyd edək ki, “ArtCoLab” Yaradıcı Gənclər Platforması tərəfindən 2022-ci ildə “Başla!” və 2023-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “100il” adlı gənc rəssamların qrup sərgilərinin ardından bu il keçirilən “Onun Yarısı” adlı qrup sərgisi sayca üçüncüdür.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR