Evi qanunsuz sökülən qadınla bağlı yeni xəbər


Evi qanunsuz sökülən qadınla bağlı yeni xəbər

Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonunda qanunsuz olaraq evi sökülən və buna görə küçədə qalan qadına dəymiş ziyanın müəyyən hissəsi ödənilib.

 

Sfera.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında zərərçəkmiş Afət Quliyevanın özü deyib.

 

O bildirib ki, dəymiş ziyanın bir hissəsi ödənilməklə yanaşı, müvəqqəti yaşamaq üçün evlə də təmin olunub. A.Quliyeva hazırda həmin evə köçməyə hazırlaşdığını deyib.

 

Qeyd edək ki, hadisə ilə bağlı Yasamal rayon Prokurorluğunda dərhal araşdırma başladılıb.

 

Mənzilin heç bir məhkəmə qərarı olmadan qanunsuz söküldüyü müəyyən edilib. Rayon prokurorluğu tərəfindən dəlil və sübutlar toplanıb, “İbrahim-Q” MTK-nın bir sıra vəzifəli şəxslərinin ifadəsi alınıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İsrail İrana cavab zərbəsi endirməyə hazırlaşır

"İsrail oktyabrın 1-də İranın ona qarşı başlatdığı kütləvi raket hücumuna uyğun gördüyü vaxtda cavab verəcək".   Sfera.az TASS-a istinadən ...

Pensiyaya çıxan şəxslər iki mənbədən pensiya ala biləcəklər - VİDEO

Özəl pensiya fondları yaradılsa, pensiyalar sürətlə arta bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı 20 -dən çox qanunverici alt layihə haz...

Hacıqabulda ağır yol qəzası - Bir ailənin 3 üzvü yaralandı

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhərində...

“Ermənistan seçim etməlidir” - RƏSMİ BAKI

“Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Fransanın açıq dəstəyi və hima...

Hüseyn 9 kiloqram kökəlib - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial media hesabındakə paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, idmanla məğul...

Berlində Fələstin və İsrail tərəfdarlarının nümayişi keçirilir

Almaniyanın paytaxtı Berlində HƏMAS-ın İsrailə qarşı radikal hücumunun ildönümü ərəfəsində Fələstinə dəstək üçün böyük nümayiş keçirilir.   Sfera.az ...