Prezidentin şuşalılarla səmimi SÖHBƏTİ

Prezidentin şuşalılarla səmimi SÖHBƏTİ

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan lideri Şavkat Mirziyoyev və Qırğız Respublikasının başçısı Sadır Japarov Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.

 

Sfera.az xəbər verir ki, gəzinti zamanı Prezident Şuşa sakinləri sakinləri ilə səmimi söhbət edib.

 

Sakinlər: Cənab Ali Baş Komandan, necəsiniz? Haqqınız olan, haqqımız olan şəhərə xoş gəlmisiniz.

 

Prezident İlham Əliyev: Sağ olun. Sizə alqışlar.

 

Sakinlər: Yaşasın Azərbaycan xalqı!

 

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

 

Sakinlər: Əla.

 

Kişi sakin: Cənab Prezident, 1982-ci ildə rəhmətlik Heydər Əliyev Şuşaya qışda gələndə yazmışdım: “Oğlumu göylərdə tutan el gördüm Şuşada”. 2003-cü ildə Siz prezident seçkisinə gedəndə mətbuatda ilk dəfə canlı yayımda mən Sizi təbrik edərək demişəm:

 

“Yolun qarasında sına bəxtini,

Yolun adı elə ağdı Səninçün,

Şuşaya yolları sən dolanmasan,

Bu dünya ömürlük dağdır Səninçün”.

Şükür ki, bu yolu dolandıq.

 

Prezident İlham Əliyev: Sağ olun. Necə yaşayırsınız burada, hər şey yaxşıdır?

 

Sakinlər: Allaha şükür.

 

Prezident İlham Əliyev: Allaha şükür.

 

Uşaqlar: İlham baba, biz Sizi çox istəyirik.

 

Prezident İlham Əliyev: Sağ olun. İndi qardaş ölkələrin rəhbərləri də gəlib Şuşaya, gözəl tədbir keçiriləcək.

 

Aydın Kərimov: Bu, bizim rəssam Rövşən müəllimdir.

 

Prezident İlham Əliyev: Salam Rövşən müəllim, yeni əsərlər var?

 

Rəssam Rövşən Bayramov: Var, var.

 

Qadın sakin: Buyurun, baxın.

 

Aydın Kərimov: Sərgilənmək üçün yer ayırmışıq.

 

Prezident İlham Əliyev: Oradan görürəm, eyvanda. Bu, yeni əsərdir?

 

Rəssam Rövşən Bayramov: Bəli.

 

Prezident İlham Əliyev: Ay maşallah, ilham gəlib sizə doğma Vətənə qayıdandan sonra?

 

Sakin: Merdinli məhəlləsidir.

 

Prezident İlham Əliyev: Gəl, qızım, gəl.

 

Şuşalı qız: Necəsiniz?

 

Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?

 

Şuşalı qız: Çox sağ olun, yaxşıyam.

 

Prezident İlham Əliyev: Gəl şəkil çəkdirək. Neçə yaşın var sənin?

 

Şuşalı qız: Mənim 15 yaşım var. Birini də bizim telefonla çəkdirə bilərik?

 

Prezident İlham Əliyev: Olar, əlbəttə.

 

Aydın Kərimov: “Türk dünyasının gənclər paytaxtı”nın açarını bu qıza təqdim etmişdilər.

 

Prezident İlham Əliyev: Nə yaxşı. Yəqin sentyabrda məktəbə də gedəcəksən?

 

Şuşalı qız: Bəli. Sizin çox gözəl sözləriniz var: “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı! Eşq olsun Azərbaycan xalqına, Azərbaycan Ordusuna!”.

 

Prezident İlham Əliyev: Sağ ol, qızım.

 

Şuşalı qız: Çox sağ olun, minnətdaram.

 

Prezident İlham Əliyev: Sağ ol.


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....