Azərbaycan avtomobil bazarında yeni trend - "NEO Motors"

Azərbaycan avtomobil bazarında yeni trend - "NEO Motors"

Azərbaycanda hibrid və elektrik avtomobillərə (elektromobil) tələb artdıqca bu növ avtomobillərin satışı üzrə ixtisaslaşan şirkətlərin də sayı artır. Son illərdə ölkəmizdə bu sahədə fəaliyyəti diqqəti cəlb edən şirkətlərdən biri “NEO Motors”dur.  


“NEO Motors” hibrid və elektromobillərin satışı, eləcə də onlara servis xidmətlərinin göstərilməsi sahəsi üzrə ixtisaslaşan şirkətlərdən biridir. Bu şirkət ekoloji cəhətdən təmiz avtomobillərin satışını həyata keçirən Azərbaycanın yerli və gənc şirkətidir. 


“NEO Motors” hibrid və elektromobil bazarında ən yaxşı qiymətlərə Çinin sıfır kilometr premium avtomobillərinin satışını təşkil edir. Satış birbaşa salondan və ya öncədən sifariş əsasında həyata keçirilir. Sifariş olduqda şirkət qısa müddətdə sifarişlərin çatdırılmasını təmin edir. 


Alınan bütün avtomobillərə ən azı 3 il və ya 100 000 kilometrə qədər qarantiya verilir. Lakin qarantiya müddətinin 5 ilə qədər, hətta daha çox uzadılması mümkündür. 


“NEO Motors” hazırda 4 model hibrid və elektrik avtomobillərin satışını həyata keçirir. Bunlar Sedan, SUV, Crossover və Fastback modelləridir. 


Şirkətin təklif etdiyi ən bahalı avtomobil SUV modeli olan “Aito M9”dur. Plaqin-hibrid mühərriklə təchiz edilən avtomobilin qiyməti 146 min manatdır. 

 

 


Elektrik avtomobilləri arasında dəyəri ən yüksək olanı “IM LS7”dir. Onun satış qiyməti 110 min manat təşkil edir. 

 

 


Bu modellərlə yanaşı daha münasib qiymətə “Changan Deepal S7”ni (50 min manat) almaq olar.

 

 

 “Zeekr 001 YOU”nu (85 min manat) almaq olar. 


Şirkətdən avtomobilləri lizinq və kreditlə də əldə etmək mümkündür. Lizinqlə alınan avtomobillərin dəyərinin 10 faizi öncədən ödənilir, illik faiz dərəcəsi 18-20 faiz olur, qalıq borc isə 60 aya bölünməklə hissə-hissə ödənilir. 


Avtomobillər kreditlə alındıqda ilkin ödəniş 20 faiz, faiz dərəcələri 10-12 faiz təşkil edir. Faiz dərəcəsinə müddət və müştərinin gəlir vəziyyəti təsir göstərir.
Şirkətin saytına daxil olub elektrik yükləmə məntəqələrinin xəritəsini də əldə etmək olar. 


Onu da bildirək ki, “NEO Motors”un satdığı avtomobillər üçün servis və ehtiyat hissələri satışı mərkəzi də var.


Alınan avtomobillərə şirkət tərəfindən servis xidməti göstərilir, eləcə də bütün dövr ərzində yüksək keyfiyyətli müştəri dəstəyi verilir. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR