Hotellərə ulduz dərəcələrinin verilməsi və rezervasiya platformasının təqdimatı tədbiri KEÇİRİLDİ

Hotellərə ulduz dərəcələrinin verilməsi və rezervasiya platformasının təqdimatı tədbiri KEÇİRİLDİ

İyulun 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirilib.


Sfera.az xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbər şəxsləri iştirak edib.


Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarlar birbaşa təsir etdiyi qeyd edərək bunların qiymətləndirilməsinin hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkün olduğunu bildirib.

 

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələrinin təyin edildiyini bildirən Fuad Nağıyev proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin mövcudluğunu diqqətə çatdırıb.

 

Fuad Nağıyev 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxtın verildiyini və yenidən audit olunacaqlarını qeyd edərək prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsinin davam etdiyini vurğulayıb.

 

Agentlik sədri qarşıda duran əsas hədəfin COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsi olduğunu və hotelçilik sənayesinin COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün əlindən gələni əsirgəməyəcəyinə inandığını bildirib. 

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışı zamanı ölkə iqtisadiyyatının sürətli və dayanıqlı inkişafında əsaslı rol oynayan turizm sənayesinin əhəmiyyətini qeyd edib. 
Habelə turizm sektorunun əsas qollarından biri olan hotelçilik sferasında rəqabətliliyin təmin olunması üçün biznes subyektləri tərəfindən istehlakçı gözləntiləri istiqamətində keyfiyyət göstəricilərinin artırılması, turistik məhsul və ya xidmətlərin daha da inkişaf etdirilməsi diqqətə çatdırılıb. 
Bundan əlavə, turizm sahəsində resursların səmərəli idarə olunması, iş proseslərinin optimallaşdırılması və xərclərin azaldılmasına töhfə verən yeni standartların qəbul edilməsinin vacibliyi vurğulanıb. Həmçinin son dövrlərdə aktuallıq daşıyan halal turizmin inkişaf perspektivlərindən bəhs edilib. İslami qaydalara cavab verən turizm xidmətləri və məhsullarının təklif edilməsinin müsəlman ölkələrindən gələn turistlər üçün cəlbediciliyi artıracağı qeyd olunub.
   

Tədbir zamanı Dünya Səyahət və Turizm Şurası tərəfindən təsis edilən və Azərbaycan Turizm Bürosunun rəsmi tərəfdaşı olduğu “Hotel Dayanıqlılıq Əsasları” təşəbbüsünə qoşulmaq barədə məlumat verilib.  

 

Bildirilib ki, "Hotel Dayanıqlılıq Əsasları" proqramı yerləşmə sənayesinin qlobal dayanıqlılıq meyarlarına uyğunlaşmasına dəstək olmaq üçün ilkin atıla biləcək addımları ehtiva edir və bununla da dayanıqlılıq üzrə təşəbbüs göstərən bizneslərin fərqlənməsinə şərait yaradır. 

 

Eyni zamanda, turistlərə hotel va digər yerləşmə vasitələrini daha rahat şəkildə rezerv etmək imkanı yaradan ilk Milli Rezervasiya Platforması təqdimat edilib. 
Qeyd olunub ki, yerli rezervasiya platformasından istifadə edən hotellər, qonaq evləri, o cümlədən digər yerləşmə vasitələrinə imtiyaz va güzəştlər şamil ediləcək.

 


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...