Bakı metrosunda törədilmiş terror aktından 30 il ÖTÜR

Bakı metrosunda törədilmiş terror aktından 30 il ÖTÜR

Bu gün Bakı metrosunda törədilmiş terror aktından 30 il keçir.
 
 
Sfera.az xəbər verir ki, 1994-cü il iyulun 3-də saat 8:30-da metronun “Gənclik” stansiyasının platformasına 500 metr qalmış elektrik qatarının vaqonunda bomba partlayıb. Partlayışdan sonra qatarın vaqonları alışıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb.
 
 
“28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Azərbaycan vətəndaşı Azər Aslanov Moskvada həbs edilib. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana ekstradisiya ediblər. 1998-ci ildə Aslanov bu terror aktını reallaşdırmaq göstərişini erməni əsirliyində olarkən publisist Zori Balayandan aldığını etiraf edib.
 
 
Məhkəmə ona ömürlük həbs cəzası verib. İstintaq müəyyən edib ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.
 
 
1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib. Sonra isə Azərbaycan Prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verib. Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından silib.
 
 
Qeyd edək ki, 1994-cü ilin iyul ayının 3-də baş verən partlayış Bakı metrosunda törədilmiş ikinci terror aktıdır. 
 
 
Belə ki, 1994-cü il mart ayının 19-da da saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında Xalq artisti Rafiq Babayev də olub.

 

Fidan


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...