Sabiq deputat Etibar Hüseynov müğənni Ruhi Əliyevanı topa tutdu- Ruhi Əliyeva 12-ci topu görəsən hansı istiqamətə atıb?

Sabiq deputat Etibar Hüseynov müğənni Ruhi Əliyevanı topa tutdu- Ruhi Əliyeva 12-ci topu görəsən hansı istiqamətə atıb?

Hamı bilir ki, mən "tərifçi" deyil, daha çox "tənqidçi" jurnalistəm. Jurnalistikada olduğum bu 35 ildə də kiminsə haqda xoş sözlər yazdığım tək-tük halda olub, ya yox. İndi məndən çıxmayan iş; o gün götürüb Ruhi Əliyeva haqda 5-3 cümləlik bir status yazdım. Yaxşı ki, statusda da Ruhi ilə uzaqdan-yaxına heç bir tanışlığım olmadığını qeyd etmişdim. Yoxsa bu gün bir kimsəni, nəyəsə inandıra bilməzdim.

 

***

 

Dediyim ondadır ki, yazı dərc olunar-olunmaz bu qadın haqda mənə o qədər eybəcar faktlar-sübutlar göndərdilər ki, əlim üzîmdə qaldı. Doğrudan da insanları tanımaq nə qədər çətinmiş. Mənə zəng edənlər, ismarıç göndərənlər, təkidlə bircə anlığa YouTube-a, Google-yə baxmağa xahiş edirdilər. Baxdım və dəhşəltə gəldim. Mən bu xanım haqda yazılanlarları kənara qoyuram, axı bunun özünün yazdıqları, danışdıqları, etdikləri, sadəcə əttökənlikdi.

 

***

 

Ona göra də Ruhi haqda yazdığım statusu çıxardım. Bir də qələt eləyib tanımadiğım birisi haqda nəsə yazaram. Bu mənə dərs olar.

 

Ruhi Əliyeva haqqında deyilənləri, o cümlədən özünün danışıqları eybəcərlikləri kənara qoyuram. Onların əksəriyyətini heç dilimə də gətirməyi utanıram. Ancaq içərisindən ikisi barədə (videoların aşağıda qoyuram) soruşmaĝa məcburam:

 

***

 

1. Ruhi xanım guya ki, sizə "Avropanın "Şərəf" ordeni təqdim olunub. Hansı Avropanın, ay xanım? Avropanın da "Şərəf ordeni" ola bilərmi? Mən Google-yə axtarış verdim, qarşıma buna bənzər heç bir məlumat çıxmadı. Videoda da deyildiyi kimi, guya bu Avropa ordeni Azərbaycanda ilk dəfə sizin adıniza gəlib və sizə təqdim olunur. Sual olunur: hardan gəlib, kimin adına gəlib? Bəs bu ordeni kim təsis eləyib? Onu yaxanıza taxan o məddahmı? Bu suallar açıq qalır. Xahiş edirəm, bu barədə bir açıqlama verin.

 

2. Siz cəbhə bölgələrində dəfələrlə olubsuz. Əsgərlərimizə yardım da aparıbsız. Bunu ötən yazımda qeyd etmişəm. Bunu danmaq insafsızlıq olardı. Amma məhz cəbhə BÖLGƏlərində. Bu məqamda isə deyirsiz ki, 44 günlük müharibə dövründə CƏBHƏ xəttində top atıbsız. Bir neçə dəqiqə sonra isə deyirsiz ki, top atanın yanında dayanıbsız. Və top atılanda gurultunun gücü sizi yuxarı qaldırib, ağzı ıstə çevirib. Daha sonra isə guya Müdafiə Nazirliyi rəsmisi (kimdir o rəsmi?) tərəfindən "Vətənə xidmətə görə" ordeni ilə təltif olunubsuz. Və ardınca da "İlin qəhrəman topçusu" adı, şerlər, mahnılar, kliplər və bu qəbildən olan bir sıra təmtəraqlı titullar. Əvvəla "Vətənə xidmət görə" ordeni yalnız Prezident tərəfindən təltif olunur. Və sinədə də sol tərəfə taxılır(Sizin halda isə bu səhvən sağ tərəfə taxılıb). Bu yüksək adla təltif olunanların siyahısına baxdım. O siyahıda adınıza rast gəlmədim. Bəs eləsə, sizi kim təltif edib bu saxta ordenlə?

 

Əvvəla sizin tip, yəni reklama ifrat meylli insanın, müharibə dövründə ön xəttə getməyinə qəti inanmıram. Getsəydiz, ən azından videsunu-fotosunu paylaşardız. Və hətta bu baş veribsə, onda sizi ora buraxan "tupoy" mütləq tapılmalı və cəzalandırılmalıdır. Yani hansısa topçunun yanında dayanmağa görə də adama orden-medal verilər?

 

***

 

Nə isə söhbəti uzatmaq istəmirəm. Hörmətli Ruhi xanım, sizə çoxlu sualım var. Ona görə də sizi redaksiyamızda Canlı efirə dəvət edirəm. Əgər özünüzə sığışdırıb gəlmirsinizsə, mən gəlim. Toplayın başınıza bütün jurnalistlərinizi, vəkillərinizi, mən isə tək. Ancaq canlı efir olmaq şərti ilə. Bundan İmtina da edə bilərsiz. Bu sizin haqqınızdır(Onsuz da indiyə qədər hansısa müstəqil jurnalistə açıqlama verdiyiniz gözümə dəyməyib).

 

Və bununla da söhbət bağlanar. Amma nə badə hansısa uşaq-muşağa, gədə-güdəyə cavab yazdırasız. Bax, onda bu "xəmir" çox su aparar. Sayğılarla..

 

Etibar HÜSEYNOV,

Jurnalist, keçmiş millət vəkili


OXŞAR XƏBƏRLƏR