"Məhərrəm ayında toy etmək olar, çünki..." - Din xadimindən MARAQLI AÇIQLAMA

"Məhərrəm ayında toy etmək olar, çünki..." - Din xadimindən MARAQLI AÇIQLAMA

İyulun 7-də ölkəmizdə Məhərrəm ayı başlayır. Bu ayda insanları maraqlandıran bir sıra suallar olur. Bu suallardan biri də toylarla bağlıdır. 


Bəs Məhərrəm ayında toy etmək olarmı?


Mövzu ilə bağlı Sfera.az-a danışan din xadimi Ağa Hacıbəyli deyir ki, bu ay da digər aylar kimi sıravi aydır:

 

“Məhərrəm ayında olan tarixi hadisələr bu aya olan baxışı dəyişib. Bu hadisələr insanlarda mənəvi məsuliyyət yaradıb. Bu baxımdan insanlar həzrəti peyğəmbərə və onun əhli beytinə hörmət əlməti olaraq toy etməkdə israrlı deyillər. Bununla bağlı qayda isə Quranda və hədislərdə yoxdur.

 


İslam dinində və şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Bununla bağlı heç bir fitva, yaxud ruhanilərin rəsmi qərarı yoxdur. Baxdığım bütün səhih mənbələr konkret qeyd edir: “Şəriət nöqteyi-nəzərindən məhərrəm ayında toy etmək, kəbin kəsdirmək qadağan deyil”.


Din xadimi qeyd edib ki, eləcə də Məhərrəm ayında dövlət qanunları insanlara seçim azadlığı verir:


“Əlbəttə, bu ayda toy edənlər də olur, ad günləri keçirənlər də. Yəni bu, insanın öz seçimidir və hər hansı dəyərlərə verdiyi qiymətidir. Ona görə də hesab edirəm ki, insan Məhərrəm ayında toy edib-etməməsini öz təfəkkürü ilə seçməlidir və dövlət də bu təfəkkürə qanunlar çərçivəsində azadlıq verir”.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...