Gədəbəyə DOLU DÜŞDÜ

22:42 / 01.07.2024
3594
Gədəbəyə dolu düşüb, bir sıra fəsadlara səbəb olub.
Sfera.az xəbər verir ki, Şınıx və yaxın kəndlərə düşən dolu meyvə ağaclarına, əkin sahələrinə, təsərrüfata zərər vurub.
Hazırda rayon ərazisində küləklə müşahidə olunan leysan yağır.
Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.