Bir sıra sahələrdə qiymətlər tənzimlənib

Bir sıra sahələrdə qiymətlər tənzimlənib

Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

 

Bu barədə Sfera.az-a Tarif Şurasından bildirilib.

 

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

 

Qərarlar 1 iyul 2024-cü il tarixindən qüvvəyə minəcək.

 

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

 

Yumşaq tarif keçidinə baxmayaraq, psixoloji amil səbəbindən tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəkdir.

 

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil. Əksər ölkələrdə artıq Aİ-92 markalı benzin istehsal olunmur və satılmır, dizelin daha yüksək ekoloji zərərinə görə istehlakının azaldılması məqsədilə qiyməti bahalaşdırılır. Dünya səviyyəsində böyük istehsalçılar “premium” markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçidi sürətlə davam edir. Avropa İttifaqında benzin və ya dizel mühərrikli (karbon-neytral sintetik yanacaqla (e-yanacaq) işləyən avtomobillər istisna olaraq) yeni avtomobillərin istehsalı və qeydiyyatının dayandırılması istiqamətində tədbirlər həyata keçirilir.

 

Bununla əlaqədar olaraq daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə texniki təchizat və zərərsizləşdirmə xidmətinin səviyyəsi nəzərə alınmaqla yeni tariflər aşağdakı kimi təsdiq edilib.

 

Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə:

 

Bakı şəhəri üzrə:

Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).

 

Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).

 

Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.

 

Digər regionlar üzrə:

 

Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).

 

Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).

 

Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.

 

Hazırda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi zənciri üzrə xidmətin maya dəyəri ƏDV ilə birlikdə kub metrlə 25 manat, tonla isə 114 manat təşkil edir. İndiyədək son tarif tənzimlənməsindən ötən 13 il ərzində tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənmiş, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi məqsədilə konteynerlər yerləşdirilmişdir.

 

Dayanıqlı inkişafı hədəf götürmüş Azərbaycanda nəqliyyatın strukturu bu istiqamətə uyğunlaşdırılır.

 

İclasda bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.

 

Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, ölkədə kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

 

Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sahəsinə dövlət büdcəsindən subsidiyalar ayrılır. Çünki bu sahə üzrə ödənişlər xidmətlə bağlı xərcləri qarşılamır. Həmçinin tariflərin aşağı səviyyədə olması bu sahəyə özəl sekt Qorun marağını azaldır.


OXŞAR XƏBƏRLƏR

Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi TƏYİN OLUNDU

Xorvatiya millisinin sabiq futbolçusu İvitsa Oliç ölkəsinin U-21 yığmasına baş məşqçi təyin olunub.   Sfera.az xəbər verir ki, 44 yaşlı mütəxəssis so...

Dəstəfurçay-Qaraqollar çayından sel keçib - FAKTİKİ HAVA

Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar çayından sel keçib.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veril...

Bu məktəbin direktoru vəzifəsindən AZAD EDİLDİ - FOTO

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad olunub. Sfera.az-ın report-a istinadən əldə etdiyi məlumata ...

Nazirlik: "Azərbaycan mobil internetə qoşulmada irəliləyib"

Azərbaycan mobil internetə qoşulma üzrə beynəlxalq göstəricilərdə irəliləyib. Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xə...

UEFA Türkiyə və Gürcüstan Futbol federasiyalarını CƏRİMƏLƏDİ

UEFA Türkiyə və Gürcüstan Futbol federasiyalarını cərimələyib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.   ...

Şamaxıda Azərbaycan polisinin 106 illiyi- FOTOLAR

Şamaxıda Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon polis şöbəsinin əməkdaşlarının iştir...