"Mədəniyyətə könül ver"

"Mədəniyyətə könül ver"

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə aprel, may və iyun ayları ərzində “Mədəniyyətə Könül Ver” layihəsi baş tutdu.

 

Sfera.az xəbər verir ki,  “Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində ümumilikdə altı istiqamətdə fəaliyyət göstərildi. 

 

1. “Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində keçirilən “Bizimlə öyrən” adlı silsilə görüş və təlimlər.

 

Bu istiqamət üzrə fərqli sahələrin peşəkarları ilə silsilə görüşlər və təlimlər keçirildi. Hər görüş və ya təlim ən azı 15 nəfərdən ibarət auditoriya üçün təşkil olundu. Tədbirlər paralel olaraq həm Bakı, həm də Gəncəşəhərində keçirildi. 

 

2. “Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində keçirilən “Sözün Sehri” adlı qiraət gecəsi.

 

Bu istiqamət üzrə yaradıcı gənclərin potensialını dəstəkləmək məqsədilə Gəncə şəhərində şeir sevərlər, qiraətçilər bir araya gəldilər. Onların arasında həm peşəkar, həm də həvəskar gənclər var idi. Tədbirdə həm müasir ədəbiyyat, həm də klassik şairlərin əsərlərinə müraciət edildi. Qiraət gecəsi 100-dən çox tamaşaçını əhatə etdi. Tədbirin sonunda iştirakçılar diplomlarla təltif olundular. 

 

3. “Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində keçirilən “Yaşıl Dünya” adlı rəsm sərgisi.

 

Yaradıcı gənclərin potensialını dəstəkləmək məqsədilə keçirilən növbəti tədbir gənc rəssamları əhatə etdi. Bu layihədə 34 rəssam bir araya gələrək “Yaşıl Dünya”nı necə təsəvvür etdiklərini sərgidə nümayiş etdirdilər. Sərginin açılışında sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar incəsənət xadimi Kübra Əliyeva çıxış edərək gənclərə öz dəyərli məsləhətlərini verdi, onlara uğurlar arzuladı. Eyni zamanda Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov da gənclərin işlərini bəyəndiyini söyləyərək yeni nailiyyətlər dilədi. Sonda “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri Ülviyyə Bəbirli və qonaqlar bərabər şəkildə iştirakçıları diplomlarla təltif etdilər. Sərgidə 50-dən çox qonaq iştirak etdi. 

 

4. “Mədəniyyətə Könül Ver” adlı açıq hava konserti

 

Yaradıcı gənclərin potensialını dəstəkləmək məqsədilə növbəti konsertdə estrada, pop ifaçıları bir araya gələrək çıxış etdilər. Onların arasında Çinarə  Məlikzadə, Mərdan Kazımov, Humay Qədimova, Teymur Süleymanbəyli və digər tanınan gənc simalar da var idi. Filarmoniya bağında şəhər sakinləri üçün təşkil olunan konsert hər kəs tərəfindən rəğbətlə qarşılandı. 

 

5. “Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində “Bizim Karaoke” adlı karaoke layihəsi.

 

 
Azərbaycanda ilk peşəkar karaoke layihəsi olaraq “Bizim Karaoke” böyük tamaşaçı kütləsinə təqdim olundu. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin rəsmi “Youtube”kanalına 9 kateqoriya üzrə 90 mahnı yükləndi. Layihə üzərində peşəkar aranjimançı, montajçı və redaktor komandası çalışdı.Azərbaycan klassik bəstəkarlarının sevilən mahnılarına, o cümlədən Azərbaycan xalq mahnılarına müraciət edilərək dinləyicilərə təqdim olunan layihə diqqət çəkərək rəğbət qazandı. 

 

6. “Mədəniyyət Könüllüləri”nin rəsmi internet portalı.

 

Mədəniyyətə könül verənlərin, mədəniyyət könüllülərinin layihələrini, fəaliyyətini əhatə etmək üçün medeniyyetkonulluleri.az saytı yaradıldı. Könüllülərin qeydiyyatı bu sayt vasitəsilə baş tutacaq. Eyni zamanda bütün yeniliklər, məqalələr burada öz əksini tapacaq.

 


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...