Logo

Dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir -FAKTİKİ HAVA

Dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətimdən Sfera.az-a verilən xəbərə görə, bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

iyunun 29-u saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 01-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR