Bakının bu ərazisindəki evlər SÖKÜLÜR - SƏBƏB + VİDEO

Bakının bu ərazisindəki evlər SÖKÜLÜR - SƏBƏB + VİDEO

Paytaxtın Xətai rayonu ərazisində "Sevirəm" parkının ərazisinin genişləndirilməsi ilə əlaqədar bir sıra evlərin söküntüsü həyata keçirilir.

 

Sfera.az-ın “Xezerxeber.az”a istinadən məlumatına görə, artıq bununla bağlı işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.

 

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür.

 

Onun sözlərinə görə, həmin ərazidəki tikililər paytaxtın estetik görkəminə xələl gətirirdi: “Hazırda Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür”.

 

Qeyd edək ki, hazırda Bakı ərazisində 10 meqaparkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır. “Sevirəm” park kompleksi isə 2016-cı ildə salınıb. 3,2 hektar ərazidə salınan parkda 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.

 

Daha ətraflı sujetdə:


OXŞAR XƏBƏRLƏR

Nail Abdullayevə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna müavin təyin edilib.   Sfera.az bildirir ki...

Yemişin insan orqanizminə MÖCÜZƏVİ FAYDALARI

Yay aylarında qida rasionumuzda xüsusi yer tutan yemişin bir sıra faydaları var.  Sfera.az xəbər verir ki, bu qida həzm prosesini stimullaşdırır. ...

Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıt...

Ötən ay təbiətə 413 min manat ziyan vurulub - RƏSMİ AÇIQLAMA

Cari ilin iyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yaşıllıqların məhv edilməsinə dair...

Sumqayıtda 7-ci mərtəbədən yıxılan uşaq ÖLDÜ

Sumqayıt şəhərində hündürlükdən yıxılan uşaq ölüb.   Sfera.az verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda yerləşən çoxmərtəbəli binaların biri...

Magistraturaya qəbul nəticələri bu tarixdə AÇIQLANACAQ - RƏSMİ

2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən ixtisaslaşma seçimi başa çatıb. ...