Şənbə günü 32 dərəcə isti olacaq - PROQNOZ

Şənbə günü 32 dərəcə isti olacaq - PROQNOZ

İyunun 29-na gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin günün birinci yarısında havanın arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-23° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-17° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Gəncədə ağır qəza: ölən var

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Hər...

Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tarifləri tənzimləndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qəra...

Bir sıra sahələrdə qiymətlər tənzimlənib

Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə...

Avtobus və metroda sərnişin daşımanın qiyməti dəyişdi

Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni ...

"Qarabağ”ı tərk edən futbolçu Türkiyə klubunda

"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.   Sfera.az idman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı...

SOCAR “Avro-5” standartlarına uyğun benzin istehsalına başlayacaq

SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları Avro-5 standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənq...