İcra başçısı sürüşmə baş verən əraziyə GETDİ - FOTOLAR

İcra başçısı sürüşmə baş verən əraziyə GETDİ - FOTOLAR

Son günlər yağan aramsız yağışlar nəticəsində İsmayıllı rayonunun Qoydan kəndi ərazisində sürüşmə baş verib.

 

Sfera.az bildirir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov bununla əlaqədar sözügedən əraziyə baş çəkib.

 

Belə ki, icra başçısı ilə yanaşı, qurumun məsul əməkdaşları Rayon Fövqəlada Hallar Komisiyası ilə birgə Qoydan kəndində baş vermiş sürüşmə zonasına gedərək dəymiş ziyanla bağlı kənd sakinləri ilə görüşüb. Problemin operativ həlli üçün aidiyyatı dövlət qrumlarına tapşırıqlar verilib.

 

Nahid Bağırovun sözlərinə görə, sürüşmə zonasında iki fərdi yaşayış evinə təhlükə yarandığı üçün iki ailənin köçürülməsi artıq təmin edilib:

 

“Onlar eyni kəntdə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirilib. Kənd daxili yollarda hərəkətin bərpası, eləcə də kəndlə rayon mərkəzini birləşdirən avtomobil yollarında nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib”.

 

Bildirilib ki, həmçinin kənd əhalisi İsmayıllı Rayon Publik Hüquqi Şəxsi tərəfindən ilkin tibbi yardım üçün dərman vasitələri ilə təmin edilib.


OXŞAR XƏBƏRLƏR