“BİZİM KARAOKE” layihəsi geniş tamaşaçı kütləsinə təqdim olundu - VİDEO

“BİZİM KARAOKE” layihəsi geniş tamaşaçı kütləsinə təqdim olundu - VİDEO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəniyyətə Könül Ver” layihəsi çərçivəsində daha bir böyük layihə təqdim olundu. Belə ki, 9 kateqoriya üzrə 90 mahnı peşəkar komanda tərəfindən hazırlanaraq “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin rəsmi Youtube kanalına yüklənib.

 

Layihə üzərində aranjimançı, montajçı və redaktor komandası çalışıb. Azərbaycan bəstəkarlarının sevilən mahnılarına, o cümlədən Azərbaycan xalq mahnılarına müraciət edərək dinləyicilərə bu layihə təqdim olundu. Təqdim olunan mahnılar arasında Ələkbər Tağıyev, Səid Rüstəmov, Elza İbrahimova, Emin Sabitoğlu, Tofiq Quliyev, Rauf Hacıyev, Oqtay Kazımi və başqa bəstəkarların mahnıları yer alıb. Layihə yayımlanan gündən diqqət çəkərək rəğbət qazanıb.

 

Bundan əlavə olaraq, Mədəniyyətə könül verənlərin, mədəniyyət könüllülərinin layihələrini, fəaliyyətini əhatə etmək üçün medeniyyetkonulluleri.az saytı yaradılıb. Bu sayt vasitəsilə mədəniyyət könüllüsü olmaq istəyənlərin qeydiyyatları baş tutacaq. Eyni zamanda bütün yeniliklər, maraqlı məqalələr burada öz əksini tapacaq. Sayt layihələr, elanlar, könüllülük fəaliyyəti, xəbərlər bölümlərindən təşkil olunub.


OXŞAR XƏBƏRLƏR