Leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ!

Leysan yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ!

İyunun 28-29-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR