Şəhid anaları Ceyhun Hüseynovun məzarı başında –FOTO/VİDEO

Şəhid anaları Ceyhun Hüseynovun məzarı başında –FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Naxçıvana gedib. Muxtar Respublikada şəhid anaları ilə görüşən Səmayə Həşimova naməlum şəraitdə itkin düşən, 2 gün sonra isə nəşi tapılan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Tofiq oğlu Hüseynovun ailəsini ziyarət edib.

 

Sfera.az xəbər verir ki, bu gün Milli Qəhrəmanımızın anası şəhid anaları ilə birlikdə mərhumun Ordubad rayonunun Gənzə kəndində yerləşən məzarını ziyarət edib. 

 

Analar mərhumun ruhuna dualar oxuyublar.
 

 

Qeyd edək ki, Naxçıvandan olan Azərbaycan Respublikasının hərbi qulluqçusu əsgər Ceyhun Hüseynovun nəşi bu il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsində aşkar edilib. Mərhumun nəşi 1994-cü ildə şəhid olmuş əmisinin - Ceyhun Hüseynovun dəfn olunduğu Gənzə kənd qəbiristanlığında torpağa tapşırılıb.
 

Baş Prokurorluğun iyunun 14-də yaydığı məlumatda Ceyhun Hüseynovun qətlə yetirildiyi bildirilib. Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.


Məlumat üçün bildirək ki, əslən Ordubaddan olan Ceyhun Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub. Universitetə yüksək balla daxil olub və ali məktəbi qırmızı diplomla bitirib. Burada təhsilini başa vurduqdan sonra Təl-Əvivdə magistratura təhsili alıb.
Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu isə 1994-cü ildə Talış kəndi uğrunda gedən döyüşlərdə şəhadət zirvəsinə ucalıb.(Bizim.Media)








OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...