Həcc ziyarətinə gedən 360 nəfər Vətənə qayıtdı

Həcc ziyarətinə gedən 360 nəfər Vətənə qayıtdı

Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərin ilk iki qrupu Vətənə qayıdıb. Hər bir qrupda 180 nəfər olmaqla ümumilikdə 360 nəfər olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

 

Onun sözlərinə görə, azərbaycanlı zəvvarların üçüncü qrupu da artıq Səudiyyə Ərəbistanından Azərbaycana yola düşüb: "Zəvvarların dördüncü qrupu sabah - iyunun 28-i sübh namazından öncə Bakıya çatacaq. Beşinci və altıncı qrup isə iyunun 29-da paytaxta gələcək. Sonuncu qrup isə iyulun 1-də Vətənə qayıdacaq".

 

V.Cahangiri bildirib ki, Həcc ziyarətinin təşkilatçılarının qayıdışı da mərhələli şəkildə həyata keçiriləcək: "Bir qrup təşkilatçı ayın 29-u -zəvvarların altıncı qrupu ilə birlikdə Bakıya gələcək. Sonuncu təyyarə isə Bakıya iyulun 1-i çatacaq və bununla da Həcc ziyarətinə tamamilə yekun vurulacaq".


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...