"Boşandıqdan sonrakı dövrdə cinsi münasibətdən uzaq olun, çünki..." - Psixoloqdan MƏSLƏHƏT

"Boşandıqdan sonrakı dövrdə cinsi münasibətdən uzaq olun, çünki..." - Psixoloqdan MƏSLƏHƏT

Boşanma prosesi hər bir insanın həyatında stressli və gərgin bir dövrdür. Bir çox insan boşandıqdan sonra həyatlarına necə davam edəcəklərini bilmirlər. 


Bəs insanlar boşandıqdan sonra həyatlarına necə davam etməlidir?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, boşandıqdan sonra fərdin sosial münasibətlərində ciddi dəyişikliklər olur:

 

"Bunlar ətrafın, dostların və ailə üzvlərinin davranışlarında hiss olunur. Qadınlar bu vəziyyətdən kişilərə nisbətən daha çox təsirlənir. Digər tərəfdən, boşanmış qadın və kişilər üçün ailə üzvləri və qohumlar dəstək olduqları qədər, stress və gərginlik qaynağı da ola bilər. Xüsusilə bu hal sosial-iqtisadi vəziyyəti aşağı ailələr üçün keçərlidir. Bu yerdə boşanmış qadın, dəstək üçün qohumlarına arxalandıqca asılılıq hissləri güclənir. Ya da ailə üzvləri bu vəziyyəti lazımlı qoruyucu bır proses kimi görür. Hazırda inkişaf etmiş qərb cəmiyyətlərində boşanma, cəmiyyət tərəfindən əvvəlki kimi utanılacaq bir vəziyyət olaraq görülmür. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə boşanmış insanlara qarşı mənfi münasibətlər daha sıx olur. İqtisadi vəziyyəti özünə yetən və özünə güvənən xanımlarda bu proseslər çox daha az baş verir".


Psixoloq qeyd edib ki, boşandıqdan sonra həyata uyğunlaşmaq həm müsbət, həm də mənfi tərəfləri olan uzunmüddətli prosesdir:


“Boşanan insanlar artıq evli olmadıqlarını qəbul etməlidirlər. Çünki keçmiş həyat yoldaşları ilə aralarındakı bağa sadiq qalmaq onlara daha çox stress yaradır. Bu insanlar yanlız olduqlarını qəbul etdikdən sonra kədərlərini daha rahat şəkildə yaşaya bilirlər.  Həmin insanlar bu müddət ərzində özlərini günahlandırmamalıdır. Çünki qəzəb və qisas hissi insanları ruhdan salır. Övladı olan valideynlər də kədərlərini övladlarına hiss etdirməməlidir. Övladlarına daha çox zaman ayıraraq onları da boşanma vəziyyətinə adaptasiya etməlidirlər. Bəzən bu ərəfdə insanlar pis vərdişlərə yönəlirlər.  Çünki pis vərdişlər həmin ərəfə üçün çıxış yolu kimi görünsə də, sonrakı mərhələdə fəsadları böyük olacaq. Pis vərdişlər yerinə yeni hobbilərlə məşğul ola bilərlər. Bu həm onların stressdən uzaqlaşmasına, həm də vaxtlarını səmərəli keçməsinə səbəb olacaq. Boşandıqdan sonrakı stressli dövrdə cinsi münasibətdən və yeni partnyordan uzaq durmaq lazımdır. Çünki həmin mərhələdə insanların hissləri qarışıq olur. Bu özlüyündə həmin insanların yeni səhvlər etməsinə səbəb olur. Bu dövrdə maksimum sosial həyatlarını aktivləşdirməli və dostlarından dəstək almağa çalışmalıdırlar”.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...