Dövlət qulluğu ilə bağlı beynəlxalq seminar keçirilir - FOTOLAR

Dövlət qulluğu ilə bağlı beynəlxalq seminar keçirilir - FOTOLAR

24 – 25 iyun 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

 

Sfera.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan rəsmi qurumların nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları iştirak ediblər.

 

Seminarın məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda ölkələrin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr üzərindən müzakirələr aparmaq olub.

 

Səriştə modelinə keçid dövlət qulluğuna daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan dövlət qulluqçularının cəlb olunmasını təmin edir.Bu da nəticədə dövlət qulluğunun səmərəliliyini və vətəndaşlara dövlət adından göstərilən xidmətlərin şəffaflığını və effektivliyini təmin edir. 

 

Tədbir DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açılış nitqi ilə başlanıb. Sədr seminarın təşkil edilməsində dəstəyinə görə Astana Regional Xabın rəhbərliyinə minnətdarlığını bildirib, həmçinin seminarda iştirak edən xarici və yerli tərəfdaşlara, ekspertlərə tədbirə qatacaqları töhfəni yüksək qiymətləndirərək təşəkkür edib. Sədr qeyd edib ki, bu tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini təhlil edərək gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.


Daha sonra Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay da açılış sessiyasında öz fikirlərini bölüşüblər.

 

Seminarın iki gün davam etməsi nəzərdə tutulur. 

 

Tədbirin ilk günü Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Darxan Jazıkbay və Gürcüstanın Dövlət Qulluğu Bürosunun rəhbər müavini Maya Dvalişvili dövlət qulluğu sistemi və son yeniliklər barədə ölkə təcrübələrini bölüşüblər. 

 

Eyni zamanda Qazaxıstan İnsan Resursları Menecerləri Assosiasiyasının Koordinasiya Şurasının sədri Gülmira Raissova “Strateji insan resursları və istedadların idarə edilməsi”, Şimali Makedoniya Respublikasının Tetova Universitetinin professoru Yahi Yahiya “Dövlət sektorunda kadrlarının işə qəbulu: müqayisəli yanaşma”, DİM-in Səriştələrin və peşəkər potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov isə “Azərbaycanda səriştə əsaslı qiymətləndirmə: inkişaf, alətlər və çağırışlar” adlı təqdimatlarla çıxış ediblər. 

 

Seminarın növbəti günü isə yerli dövlət qurumlarının müvafiq struktur bölmlərinin rəhbərləri tərəfindən təqdimatların nümayişi nəzərdə tutulur.

 

Firuzə Əliyeva

Foto: Anar Bayramlı


 


OXŞAR XƏBƏRLƏR

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...

Çin və Hindistan hədəfdə - Yeni sanksiyalar nefti bahalaşdıracaq?

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ...

Universitetlərə ixtisas seçiminin TARİXİ AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025 ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.   Bu ...

Gömrük Komitəsində otağı su basdı - VİDEO

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.   Sf...

Bu şəxslər 5 il tez pensiyaya çıxacaq - Qərar verildi

Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişikli...

Avtomobil sürən Haski meqapolisdə hərəkəti iflic etdi - VİDEO

Hindistanın Mumbay meqapolisindəki hərəkətli yollardan birinin ortasında böyük tıxac yaranıb. Şahidlər “cinayətkarı” videoya çəkmək qərarına gəldikd...