Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq

Bakıda və rayonlarda yağış yağacaq, şimşək çaxacaq

İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi şəhərətrafı ərazilərdə havanın tutulacağı, qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Bu barədə Sfera.aza Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Cənub-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Amerika tarixində ən qalmaqallı qətl hadisəsinə rəhbərlik edən futbolçu: O. J. Simpson

Keçmiş amerikalı futbol ulduzu və aktyoru O. J. Simpson 1994-cü ildə keçmiş həyat yoldaşı Nikol Braun Simpson və sevgilisi olduğu iddia edilən Ronald Layl Qoldm...

Ukraynanın Azərbaycandakı səfiri mərakeşli həmkarı ilə əməkdaşlığın inkişafını MÜZAKİRƏ ETDİ

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev mərakeşli həmkarı Mohamed Adil Embarç ilə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. ...

“Karib dənizinin quldurları”nın məşhur ulduzunu köpək balığı YEDİ

49 yaşlı aktyor və sörfçü Tamayo Perri Havayda sörfinqlə məşğul olarkən köpək balığının hücumuna məruz qalıb.   Sfera.az xəbər verir ki, qolu və ayağ...

ABŞ Gürcüstanı NATO sammitinə DƏVƏT ETDİ

Vaşinqton Gürcüstanı Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) sammitində iştirak etməyə dəvət edib.   Sfera.az “TASS”a istinadən x...

Kreml Putin və Ərdoğan arasında mümkün görüşü TƏSDİQLƏDİ

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşünün mümkünlüyünün araşdırıld...

Stoltenberq: "NATO-nun Kiyevə hərbi yardımı alyansı münaqişə tərəfinə çevirmir"

NATO-nun Kiyevə hərbi yardımı alyansı münaqişə tərəfinə çevirmir.   Sfera.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Parisdə Fransa...