Logo

Naxçıvanda nəşi tapılan əsgərimizin MƏZARI – FOTO/VİDEO

Naxçıvanda nəşi tapılan əsgərimizin MƏZARI – FOTO/VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi qulluqçusu Ceyhun Hüseynovun nəşi iyunun 12-də Ordubad rayonunun Gənzə kəndində dəfn olunub.

Sfera.az xəbər verir ki, mərhumun cənazəsi 1994-cü ildə şəhid olmuş əmisinin - Ceyhun Hüseynovun məzarının yanında torpağa tapşırılıb.

Bu gün isə həmin kənddə mərhumun 3 və 7 mərasimləri keçirilir.

Xatırladaq ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb.

Əslən Ordubaddan olan Ceyhun Hüseynov 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib və 627 bal toplayaraq ADA Universitetinə qəbul olunub. Burada təhsilini başa vurduqdan sonra Təl-Əvivdə magistratura təhsili alıb. (Bizim.Media)

Fotolar10

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR