Sertifikasiyadan keçəcək müəllimlərin NƏZƏRİNƏ!

Sertifikasiyadan keçəcək müəllimlərin NƏZƏRİNƏ!

Təhsil İnstitutu iyunun 21- 22-də və 24-də keçiriləcək sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunmuş fənn müəllimlərinə dəstək məqsədilə sınaq imtahanı keçirəcək.

 

İnstitutdan Sfera.az-a bildirilib ki, sınaq imtahanının linki iyunun 14-ü saat 15:00-dan etibarən başlayaraq iyunun 15-i saat 15:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.

 

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi cavablar avtomatik olaraq sistemə göndəriləcək və nəticələr dərhal ekranda görünəcək.

 

İmtahandan sonra sınaq imtahanlarında istifadə edilən tapşırıq nümunələri düzgün cavabları ilə Təhsil İnstitutunun rəsmi saytında yerləşdiriləcək.

 

TEAMS proqramında əvvəlcədən qeydiyyatdan keçmiş və şifrəsini unutmuş müəllimlər təlimat videosundan istifadə edərək şifrəni bərpa edə bilərlər.

 

Müəllimlər sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupa daxil olub dəvət gəldiyindən əmin olmalıdırlar. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...