Polkovnikin hərbçi oğlu həbs edildi

Polkovnikin hərbçi oğlu həbs edildi

Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərov həbs edilib.

 

Sfera.az xəbər verir ki, barəsində Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 178.2.3-ci (Rüşvət alma və dələduzluq) maddələri ilə cinayət işi açılan R.Kələntərov Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

 

Onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Bildirilir ki, hərbi hissələrdən birində zabit kimi işləyən Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

 

Hazırda istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Rəşid Kələntərovun həbsi barədə ilk məlumatı Bizim.media saytı yayıb. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...