"Kontakt" mağazalar şəbəkəsi "Bakı Sürət Festivalı"nın qalibi oldu

Azərbaycan Avtomobil Federasiyasının, “Caspian Event Organisers” və “Bakı Şəhər Halqası” Əməliyyat şirkətlərinin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Bakı Sürət Festivalı” keçirildi. Azərbaycan avtomobil idmanı tarixinə yeni bir səhifə yazan bu festivalda "Kontakt" mağazalar şəbəkəsi qalib oldu.

 

Bakı şəhərinin mərkəzi küçələrində keçirilən festivalda yerli və beynəlxalq sürət həvəskarları bir araya gəldi. Festival çərçivəsində bir çox maraqlı tədbirlər və yarışlar keçirildi, bunlar arasında ən diqqət çəkəni isə adrenalin dolu “Legend Cars Challenge Baku” yarışı idi.

 

Dünyanın dörd bir yanından çoxsaylı pərəstişkarları cəlb edən, dinamik yürüşləri ilə tanınan bu yarışda 1930-1940-cı illərin klassik ABŞ üslubunda hazırlanmış avtomobillərdən istifadə olunub. “Legend Cars Challenge Baku” yarışının qalibi “Kontakt” komandası olub.

 

Qeyd edək ki, yarış xüsusi quraşdırılmış trasda maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib.

 

Sonda isə, təşkilatçılar "Kontakt" komandasını qalibiyyət münasibətilə təbrik edib, mükafat təqdim etdilər.  Bununla da, bir çox yerli şirkətin iştirak etdiyi bu yarışda qalib olan “Kontakt” mağazalar şəbəkəsi ölkədə avtomobil idmanının inkişafını dəstəklədiyini bir daha göstərdi.


OXŞAR XƏBƏRLƏR

Ötən ay suda boğulanların sayı açıqlanıb - Rəsmi

2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ...

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi dəyişdirildi - FƏRMAN

Prezident İlham Əliyev 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi”ndə dəyişi...

Anar Abdullayev məhkəmə zalında həbs olundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə pros...

I qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR

Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı...

Cənubi Koreya Şimalla gərginliyi azaltmaq üçün sərhəddəki səsgücləndiriciləri sökür

Cənubi Koreya hakimiyyəti ölkənin Şimali Koreya ilə sərhədində yerləşdirilmiş və Pxenyana qarşı təbliğat yayımı edən səsgücləndiricilərin sökülməsinə başlayıb. ...

5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Bu il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək ...