"Telegram"da sürətlə yayılan oyunla bağlı XƏBƏRDARLIQ! - "Pula həvəslənib..." - FOTO

"Telegram"dan dünyaya sürətlə yayılan "Hamster Kombat" oyunu ilə bağlı bir çox yazılanlar doğru deyil.

 

Sfera.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas bildirib.

 

“Oyun skam, yəni dələduzluq deyil. Və ya şəbəkə marketinqi kimi qatılımçıların pulları əsasında büdcə formalaşdırmır. Bu oyun "Airdrop" məntiqinə əsaslanır. Bunu kriptovalyuta ilə məşğul olanlar yaxşı bilir. Yəni çox sayda istifadəçi cəlb edilir. Oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazananda iştirakçıların bir qismi arasında paylanır. Əgər "Airdrop" və kriptovalyuta anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə elədiyinizi heç özünüz də bilməyəcəksiniz. Oyun "Telegram"ın TON zəncirinə bağlıdır və məntiq ekrana toxunmaqla valyuta yaradıb daha sonra həmin virtual valyutalardan yeni qazanclar əldə etməkdir”.

 

Fərid Pərdəşünas qeyd edib ki, oyun hazırda istifadəçidən hər hansısa məbləğdə investisiya tələb etmir.

 

“Oyunun nə qədər "Airdrop" verəcəyi və sizə nə qədər düşəcəyi də məlum deyil. İstifadəçi sayı 100 milyonu keçdiyindən gəlirin az olacağı təxmin edilir. Əgər "Airdrop" yığmaq istəyirsinizsə, tək bu oyunla yox, bir çox kriptovalyuta layihəsini izləyib, davamlı yığmaq məsləhətdir. Bu halda qazanc əldə etmək daha məntiqli olur. Bu məntiqi tam anlamadan, digər dələduzluq layihələrinə aldana bilərsiniz. Pula həvəslənib, oyundan və bu tipli "Airdrop"lardan anlayışı olmadan yatırım etməyi məsləhət görmürəm. Çünki çox sayda skamlar da var”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın II Liqasındakı komandaların sayı açıqlanıb

Azərbaycanın II Liqasında 12 komanda iştirak edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. ...

Orqanlarını bağışlayanların sayı xeyli artıb - RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bu ilin ilk 6 ayı ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayan ş...

Havada toz müşahidə edilir - Üç gün davam edəcək

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti mü...

Bu şəxslərə torpaq sahəsi veriləcək

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində,...

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq q...

Prezident Təminat Fonduna yeni səlahiyyət verilməsini təsdiqləyib

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. ...