Leysan, sel, dolu, daşqın... - Bu tarixdən hava KƏSKİN PİSLƏŞƏCƏK

Leysan, sel, dolu, daşqın... - Bu tarixdən hava KƏSKİN PİSLƏŞƏCƏK
Kateqoriya məlum deyil
T

Azərbaycanın rayonlarında iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək, əsasən, dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR