"O mesajı yazıb qurbanlarını gözləyirlər, sonra isə..." - Qadınların NƏZƏRİNƏ!

Son günlər sosial şəbəkələrdə dələduzluğa məruz qalan insanların sayı artır. Tanış olduqları qızlardan hədə qorxu ilə pul tələb edən fırıldaqçıların da sayı az deyil. Onlar əvvəlcə qadınları müəyyən vədlərlə inandırır, sonra isə şəkillərini istəyirlər. Qadınlar da aldanıb istənilən şəkilləri göndərirlər. Həmin dələduzlar daha sonra qadınları bu fotoları internetdə paylaşmaqla şantaj edirlər.

 

Bəs qadınlar bu tip dələduz kişiləri necə tanıya bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ruhi Rüstəmova bildirib ki, sosial şəbəkələr bir çox insanların həyatına xitab edir.

 

“Belə ki, sosial şəbəkələri yüzlərlə, minlərlə, milyonlarla insan izləyir. Hər kəs öz maraq dairəsində olan insanlara dostluq göndərir və səhifələrini izləyirlər. Bu, dövrümüz üçün çox normal haldır. İstədiyimiz məlumatı əldə etmək, dünyada baş verən hadisələrdən anında xəbərdar olmaq üçün sosial şəbəkələr gözəl fürsətdir. Lakin bunun yaxşı tərəfi ilə yanaşı, yanlış tərəfi də qaçılmazdır. Sosial şəbəkələrin yaratdığı bəzi problemlər, hətta insan həyatı üçün təhlükəyə çevrilməsi də heç kimə sirr deyil. Belə ki, xanımlara, qızlara dostluq göndərən əks cinsin nümayəndələri mesaj yazaraq mütləq geri dönüş gözləyirlər. Əgər geri dönüş olursa, mesajlar daha səmimi rol almağa başlayır. Məsələn, “sən çox gözəlsən", "səndən xoşum gəlir", "sənə aşiq olmuşam", "hətta səninlə evlənmək istəyirəm” kimi sözlər yazılır. Təbii ki, həyatında boşluq yaşayan, xoş sözə ehtiyacı olan xanımlar bu mesajlara aldanaraq özlərini manipulyatorların əvvəlcədən hazırladığı toruna salmış olurlar. Bu isə daha sonra şantajlara, ailədə xəyanətlərə, boşanmalara, hətta sui-istifadə hallarına qədər gətirib çıxarır. Araşdırmalar göstərir ki, bir şəxs eyni vaxtda onlarla xanıma eyni mesajı yazaraq, öz qurbanlarını gözləyir”.

 

Psixoloq qeyd edib ki, həmin mesajlara geri dönüş edən xanımlarda da səhv var.

 

“Bir insan cinsindən asılı olmayaraq, hələ yeni tanıdığı birinə foto göndərməməlidir. Yalnız fotoda deyiI, yazışmalarda da xüsusi diqqətli olmaq lazımdır. Çünki qadınları tora salan şəxslər olduqca professionaldırlar. Artıq bu işlə o qədər məşğul olublar ki, inandırma texnikalarını əla mənimsəyiblər. Buna görə, əsasən də xanımlar xüsusi diqqətli olmalıdırlar. Sosial şəbəkədə tanış olub evlənən insanların sayı da az deyil. Amma niyyəti ciddi olan insan qarşısındakı şəxsdən açıq şəkillər göndərməyini tələb etməz”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi- VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Rusiyadan Hindistan və Pakistana çağırış

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüş keçirib. &nb...

Azərbaycanın idman gimnastı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokunun qalibi olub.   Sfera.az xəbər verir ki, milli üzvü 6 mərhələnin yekunlarına əsasən halqala...

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.   Sfera.az paylaş...

İkardidən Wanda Naranı qıcıqlandıracaq paylaşım

"Qalatasaray" azarkeşlərinin yenidən meydana qayıtmasını səbirsizliklə gözlədiyi Mauro İkardi həm karyerasında, həm də şəxsi həyatında xoşbəxt günlər ...

Donald Tramp Virciniya Giuffrenin ölümü ilə bağlı açıqlama verdi - FOTO

ABŞ prezidenti Donald Tramp 41 yaşlı Virciniya Giuffrenin ölümünü “dəhşətli” adlandırıb.   Sfera.az bildirir ki, Tramp bunu Nyu-Cersi hava ...