Teatrlara gələn tamaşaçıların sayı yenidən ARTIR – Ölkəmizdə ən çox...

Azərbaycanda teatrlara gələn tamaşaçıların sayında yenidən artım baş verir.
Sfera.az xəbər verir ki, 2023-cü ildə teatrlara 430,1 min tamaşaçı gəlib. Bu göstərici 2020 və 2021-ci ilin nəticələri ilə müqayisədə xeyli yüksəkdir.
Pandemiyadan sonra tətbiq edilən karantin rejimi teatrların tamaşaçı böhranı yaşamasına səbəb olmuşdu. 2019-cu ildə 645 min tamaşaçı qəbul edən teatrları 2020-ci ildə 135 min, 2021-ci ildə 140 min tamaşaçı ziyarət edib.
2023-cü ildə tamaşaçıların sayı artsa da hələ də 1990-ci illərin əvvəllərində olan nəticəni təkrarlamaq mümkün olmayıb. 1990-cı illərin əvvəllərində teatrlara 1,58 milyona yaxın tamaşaçı gəlirdi.
2000-ci illərdə bu göstərici 700-800 min nəfərə, son illərdə isə 500-600 min nəfərə qədər azalmışdı.
Azərbaycanda 29 teatr var. Onlardan 19-u dram, musiqili-komediya və musiqili dram teatrları, 9-u uşaq və gənc tamaşaçılar, 1-i isə opera və balet teatrıdır.
Ölkəmizdə ən çox gedilən teatrlar isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı və Dövlət Akademik Musiqili Teatrıdır.
Vasif