"TikTok"da qol vurmaq: Nuqzar Kvirtyanın ruhlandırıcı hekayəsi

Tbilisinin səs-küylü küçələrindən “TikTok”un qlobal səhnəsinə qədər yüksələn Nuqzar Kvirtyanın səyahəti macəradan ibarətdir. Nüfuzlu məzmun yaradıcısına çevrilən peşəkar futbolçu baxımlı oyunlara yanaşma tərzi ilə sərhədləri aşıb....


Sfera.az futbolçu Nuqzar Kvirtyanın müsahibəsini təqdim edir:


“Ailəm Gürcüstandan Rusiyaya köçdü və atam məni futbolla orada tanış etdi. Özü də keçmiş futbolçu olduğu üçün mənim futbola olan həvəsimi alovlandırdı. Azərbaycanın cazibəsini hiss etməzdən əvvəl yolum Moskvanın Spartak və FK Ximki klublarından keçib. Bakıda üç il karyeramı davam etdirməklə yanaşı, həm də sevgimi tapdım. Həyat yoldaşım İnna ilə tanış oldum və qızımız Qabriella dünyaya gəldi. Gürcüstana qayıtdıqdan qısa müddət sonra Esperance ilə müqavilə imzalayaraq Tunisdə macəraya başladım. Ancaq iki illik perspektivli müqaviləyə baxmayaraq, Azərbaycana geri qayıtmaq istədiyimi hiss etdim və yolumu yenidən buradan saldım”.


Səyahətləri boyunca Nuqzar hər birinin öz nüansları və şövqü olan müxtəlif futbol mədəniyyətləri ilə qarşılaşıb. Məhz bu nüans Nuqzarı “TikTok”a apararaq, futbol dünyasının yeni yollarını kəşf etməyə ruhlandırıb:


“Əvvəl “TikTok”a fərqli yanaşırdım. Onun daha gənc izləyicilər üçün uyğun olduğunu düşünürdüm. Bununla belə, mən onun geniş və müxtəlif qlobal icmaya çatmaq potensialını tezliklə dərk etdim. Khaby Lame-nin səssiz dərslərindən ilham alaraq, bütün dünya həvəskarları üçün maarifləndirici futbol məzmunu yaratmağa başladım”.


Nuqzarın “TikTok”a daxil olması təkcə şəxsi səy deyil, həm də təhsil məqsədləri, platformanın imkanlarından istifadə etmək üçün strateji bir qərar olub. “#TikTokdanÖyrən” təşəbbüsündə iştirak etmək fürsəti yarandıqda, Nuqzar bunu futbolu hamı üçün əlçatan etmək missiyasını davam etdirmək şansı kimi görüb:


“”#TikTokdanÖyrən” təşəbbüsü azərbaycanlı istifadəçilərlə əlaqə yaratmaq, öyrənmə və paylaşma mədəniyyətini inkişaf etdirmək üçün maraqlı fürsət təqdim etdi. Qısa və cəlbedici təhsil məzmunu təklif etməklə, biz fərdlərə öz üfüqlərini genişləndirmək imkanı vermək məqsədi daşıyırıq”.


Nuqzar “TikTok” vasitəsilə ilham vermək və öyrətmək missiyasını inamla davam etdirir. Nugzarın səyahəti qlobal əməkdaşlıq planları, futbol əfsanələri və böyük brendlərlə birlikdə işləmək istəyi ilə davam edir.


“Bu, sadəcə futbol deyil, daha böyük bir şeydir. “TikTok” mənə insanlarla əlaqə saxlamaq, bilikləri və sevinci bölüşmək üçün platforma verdi. Bu səyahəti davam etdirmək üçün çalışacağam”.

 

Fidan
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...