İnternetdə tanış olan cütlüklər evlilikdə xoşbəxt olurlarmı?

15:45 / 25.05.2024
4549
Müxtəlif onlayn tanışlıq proqramları vasitəsilə tanış olan cütlüklərin evlilikdə daha az xoşbəxt olduqları üzə çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə Arizona Universitetinin alimləri araşdırma aparıblar.
Tədqiqatçılar 923 cütlüyün iştirakı ilə onlayn münasibətlərin gedişatını müşahidə ediblər. Məlum olub ki, onlayn şəkildə münasibət quran cütlüklər üz-üzə tanış olanlara nisbətən daha az xoşbəxt evlilik yaşayırlar.
Qeyd edək ki, tədqiqatçılar onlayn tanışlığın son 10 ildə xüsusilə 18-29 yaşlılar arasındakı insanlar arasında getdikcə populyarlaşdığını bildiriblər.
Asya