Mərkəzi Hərbi hospitalın keçmiş rəisi vəfat etdi - FOTO

19:55 / 24.05.2024
4734
Azərbaycanın əməkdar həkimi, tibb elmləri namizədi, Birinci Qarabağ müharibəsi veteranı, AR Silahlı Qüvvələrində hərbi tibb sahəsinin qurucularından biri olmuş, habelə uzun illər Mərkəzi Hərbi hospitalın rəisi vəzifəsində qulluq keçmiş tibb xidməti polkovniki İbrahimov Vaqif Şirəli oğlu vəfat edib.
Bunu Sfera.az hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Qeyd edək ki, Vaqif həkim ədliyyə polkovnik-leytenantı Azər İbrahimovun atasıdır.