Yük maşını yolda qaldı, böyük tıxac yarandı - FOTO
Kateqoriya məlum deyil
Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb. Bunun nəticəsində Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti-“Qələbə” dairəsi, eləcə də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Sfera.az-a bildiriblər ki, bununla əlaqədar aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması sahəsində tədbirlər görülür.






