Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Bir müddətdir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Qarşıda yay fəsli gəlsə də, havalar getdikcə soyuyub, yağıntı çoxalmağa başlayıb. Xarici mənbələrdə isə bu il yay fəslinin dəhşətli istilərlə müşaiyət olunacağı ehtimal edilir. Proqnozlar bir neçə ay ərzində temperaturun dözülməz dərəcədə artacağı ilə bağlıdır. 

 

Bəs ölkəmizdə yay fəsli necə keçəcək? 

 

Sfera.az xəbər verir ki, meteoroloq Cavid Hüseynov "Yeni Sabah"a açıqlamasında yaxın bir neçə ay ərzində hava şəraitinin necə olacağı ilə bağlı sualları cavablandırıb:

 

"36 saatdan artıq müddətə verilən hava proqnozları uzunmüddətli proqnozlar adlanır və qısamüddətli proqnozlarla (36 saata qədər müddətə) müqayisədə özünüdoğrultma ehtimalları çox kiçik olur. Ona görə də ölkəmizdə yay fəslinin necə keçəcəyi haqqında indidən verilən proqnozlar çox kiçik ehtimalla özünü doğrulda biləcək. 

 

Azərbaycanda təbii sinoptik-iqlim yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək, təxminən 120 gün davam edir. Yayın əvvəlində (iyun ayının axırlarına qədər) Şimal dənizləri və Şimali Atlantika üzərindən sərin hava kütlələri ölkə ərazisinə daxil olur və dəyişkən sinoptik-hava şəraiti yaranır. Bu zaman Azərbaycanda yaz ayları üçün xarakterik olan atmosfer dövranı təkrarlanır. Yayın ikinci yarısında isə tropik kontinental hava kütlələrinin müdaxiləsi daha çox takrarlanır. Bu zaman dayanıqlı sinoptik şəraitdə düzənlik və dağətəyi regionlarımızın həddindən artıq istiləşməsi tropik hava kütləsinin yerli hava kütləsinə çevrilməsinə, havaların quraq və çox isti keçməsinə səbəb olur. Respublikamızın ərazisinin oroqrafik və hipsometrik şəraiti meteoroloji kəmiyyətlərin, xüsusən də havanın temperaturunun ərazi üzrə fərqlərinin yaranmasında ən əsas amillərdəndir". 

 

Ekspert düzənlik ərazilərdə temperaturun 43 dərəcəyə çatacağını bildirib: 

 

"İyul ayının orta temperaturu Azərbaycanın düzənlik bölgələrində 24-27°C olduğu halda, ortadağlıqda 20-15°C, yüksək dağlıq ərazilərdə isə 10-5°C müşahidə ediləcəkdir. Düzən ərazilərimizdə (Lənkəran və Gəncə-Qazax düzənliyindən başqa) mütləq maksimal temperaturların 40-43°C, dağətəyi zonalarda 37-40°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C və yüksək dağlıq ərazilərdə (3000-3500 m) 20-30°C olacağı ehtimal edilir. 

 

Yay fəsli üçün səciyyəvi olan dolu və leysan yağışların intensivliyi və təkrarlanması dağlıq vilayətlərdə, xüsusən də Böyük Qafqaz dağlarında digər bölgələrlə müqayisədə daha çox müşahidə olunacaq. İyun-avqust aylarında Arazyanı düzənliklər (Naxçıvanda) və Kür-Araz ovalığında mümkün buxarlanmanın orta aylıq miqdarı 135-240 mm arasında tərəddüd edəcək". 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...