Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA

Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA

İkili münasibətlərə diqqət yetirsək görərik ki, əksəriyyəti qısamüddətli olur. Əsasən, kişilər münasibət qurduqları qadından daha tez uzaqlaşırlar.

 

Bəs kişiləri qadınlardan uzaqlaşdıran əsas səbəblər nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, kişilərin sevmədiyi qadın tipləri ərköyün, baxımsız və intim münasibətdən imtina edənlərdir.

 

“Problemin özəyi daha da dərin qatlarda yatır. Kişi həyatın mərkəzi, dünyanın zirvəsi deyil. Planetimiz kişilərin varlığından daha geniş və rəngarəngdir. Ona görə kişilərin ətrafında pərvanə olmağa ehtiyac yoxdur. Hər bir qadın nəzəri cəhətdən də olsa öz sevgilisindən ayrılmağı bacarmalıdır və ondan aslı olmamalıdır. Qadınlar maddi cəhətdən azad və işində peşəkar olmalıdır. Şəxsiyyət kimi formalaşmış qadını heç bir kişi itirmək istəməz. Kişiləri həyatının mərkəzinə qoyan qadınlar onları özlərindən soyudurlar. Qadınlar ocağın keçikçisidir. Məhz bu baxımdan qadınlar ən azı 2 yeməyi dadlı bişirməyi bacarmalıdır. Kişilər həmçinin, cibləri axtaran qadınları xoşlamır. Onlar maaşını yoldaşlarına vermək məcburiyyətində deyil. Məhz bu baxımdan ondan maaşını soruşan və daima pul tələb edən qadınlardan qaçırlar”.

 

Psixoloqun sözlərinə görə, kişilər mənəvi yalnızlığı sevmirlər.

 

“Onlar həyatında olan qadınla hər dərdini və problemini rahatlıqla bölüşmək arzusunda olurlar. Qadınlarımız isə, əsasən, ya dinləməyi bacarmırlar, ya da mühakimə edirlər. Bu da kişiləri qadınlardan uzaqlaşdıran əsas səbəblərdən biridir. Cinsi əlaqədən imtina etmək kişilərin digər qadınlara yönəlməsinə və öz yoldaşlarından soyumasına səbəb olur. Məhz bu baxımdan qadınlar intim münasibətdən qaçmamalıdır. Xanımlar daima öz gözəlliklərinə və təmizliyinə diqqət yetirməlidir. Bir çox qadınlar ailə qurduqdan sonra özlərinə və təmizliyinə diqqət yetirmirlər. Bunun nəticəsidir ki, xəyanət edən kişilərin də sayı gündən-günə artır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Əkrəm İmamoğluna görə daha 18 nəfər həbs edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan “korrupsiya” və “rüşvətxorluq” istintaqı çərçivəsində daha 18 nəfər həbs edilib.&...

Tramp:"Çin 145% gömrük rüsumu tətbiq edəcək"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Çin Vaşinqtona 145%-lik gömrük rüsumları tətbiq etməyə layiqdir.    Sfera.az xəbər verir ki, o, bu fi...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

İstanbul birjasında manipulyasiya etdilər - 15 nəfər həbs olundu

İstanbul Baş Prokurorluğu İstanbul Birjasında aparılan ticarət əməliyyatlarında manipulyasiya iddiaları ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Sfe...

İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyilir: &nbs...

Demokratlar Trampın sonunu gətirəcəkmi? - ABŞ konqresində impiçment təşəbbüsü

2025-ci ilin aprel ayında ABŞ-də Prezident Donald Trampın impiçment olunması məsələsi üçüncü dəfə gündəmə gəlib. Demokrat Partiyasının bəzi üzvləri, başda Miçiq...